BaşlıcaSiyasət

MTX  rəhbərinin qənaətincə, delimitasiyası  nəticəsində  Ermənistanın okupasiyalaşmış əraziləri bərpa olunacaq

Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın fikrincə, Ermənistan və Azərbaycan arasındakı sərhədlərin delimitasiyası   prosesi nəticəsində Azərbaycan ordusu Ermənistanın işğal olunmuş ərazilərindən çıxacaq.

Alınan məlumata görə, o, bunu jurnalistlərlə qısa söhbət zamanı Azərbaycanın işğal etdiyi əraziləri geri qaytarmaq üçün Milli Təhlükəsizlik Xidmətinin gördüyü işlər barədə suala cavab olaraq bildirib.

Abazyan qeyd edib ki, hazırda sərhədlərin delimitasiyası prosesi gedir və bu proses davamlı olacaq.

“Son vaxtlar delimitasiya məsələsi üzrə komissiyaların nizamnaməsi Ermənistan parlamenti tərəfindən, Azərbaycanda isə prezident tərəfindən təsdiqlənib.

Bu prosesin davamlı olacağını düşünürəm” – deyə Abazyan bildirib.

Ona Azərbaycanın işğal etdiyi Ermənistan ərazilərinin delimitasiya prosesi nəticəsində bərpa ediləcəyi barədə sual verildikdə, Abazyan “Düşünürəm ki, bəli” cavabını verib.

Daha çox göstər
Back to top button