“Miss Universe 2024” müsabiqəsində Ermənistanı Emma Avanesyan təmsil edəcək

“Miss Universe 2024” müsabiqəsində Ermənistanı Emma Avanesyan təmsil edəcək. Bu barədə “Miss Universe Armenia” məlumat yayıb. Qeyd edək ki, müsabiqə bu ilin noyabr ayında Meksikada baş tutacaq.
Xatırladaq ki, 31 yaşlı Rusiya vətəndaşı İrina Zaxarova bu il “Miss Universe” müsabiqəsində Ermənistanı təmsil etməli idi, o, daha sonra vətəndaşlıq məsələlərinə görə Ermənistanı təmsil edə bilməyəcəyini bildirib.
“Miss Universe Armenia” müsabiqəsinin yeni nümayəndəsi Emma Avanesyan model agentliyinin yaradıcısıdır.
“Mən fəxr edirəm ki, “Miss Universe” müsabiqəsində Ermənistanı təmsil etmək imkanım var. Mən kiçik yaşlarımdan bu həyat prinsipinə əməl edirəm – Bəhanə yoxdur, hər zaman irəli. Bu ifadə mənim üçün yol göstərən bir işıq oldu, maneələri aşmağa və yeni zirvələrə çatmağa kömək etdi, bunun sayəsində uğurlu model agentliyinin yaradıcısı, müğənni ola bildim”,- o bildirib.







