Garegin ll bütün dünya xalqlarını COP29 ərəfəsində Bakıda erməni məhbuslar üçün keçirilən mütəşəkkil duaya qoşulmağa çağırıb

Garegin II, Ümumdünya Kilsələr Şurasına müraciət edərək, dünyada bütün insanları noyabrın 10-da Bakıda saxlanılan erməni əsirlər üçün təşkil ediləcək dua mərasiminə qoşulmağa çağırıb.
Ümumdünya Kilsələr Şurası (ÜKŞ) erməni katolikosunun bu çağırışına cavab olaraq, noyabrın 10-da Azərbaycanda keçiriləcək COP29 qlobal iqlim sammitinin ərəfəsində Ermənistana həsr olunmuş dua gününə qoşulmağa dəvət edir.
Məqsəd sülhün bərqərar olunması, qaçqınlara dəstək və əsirlərin azad edilməsidir.
Verilən məlumata əsasən, ÜKŞ bəyan edib ki, COP29 Bakıda saxlanılan 23 erməni əsirin, habelə Azərbaycanda həbsdə olan siyasi məhbuslar və jurnalistlərin qeyd-şərtsiz azad edilməsi çağırışı üçün unikal bir imkandır.
ÜKŞ-nin prezidenti, Dr. Haynrix Bedford-Ştrom vurğulayıb ki, xristian inancı 301-ci ildə Ermənistan Apostol Kilsəsinin qurulmasından bəri erməni xalqının həyat yolunu müşayiət edib.
“Dua edərək onların qəlbini və ruhunu gücləndirəcəyik” – deyə Bedford-Ştrom qeyd edib.
ÜKŞ-nin baş katibi Dr. Ceri Pilay isə bütün kilsələri bu dua mərasiminə qoşulmağa çağıraraq beynəlxalq ictimaiyyəti Ermənistana dəstəyi davam etdirməyə səsləyib.
“Biz Ermənistan Apostol Kilsəsi və ekumenik tərəfdaşlarla dua həmrəyliyində qalırıq” – deyə Pilay ədalətə və davamlı sülhə çağırışını təkrarlayıb.
Kilikiyadakı Mets Tan Katolikosu I Aram da bu dua çağırışına qoşularaq bütün dini icmaları, beynəlxalq təşkilatları və xoş niyyətli insanları erməni əsirlərin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etməyə səsləyib.
“COP29 sammitinə qatılan beynəlxalq ictimaiyyəti ədalətin və sülhün ayrılmaz şəkildə bağlı olduğunu xatırladırıq. İnsan hüquqlarının pozulmasını qınamadan iqlim ədalətini tələb edə bilmərik” – deyə I Aram vurğulayıb.
Ümumdünya Kilsələr Şurası Cenevrədəki Müqəddəs Pyotr kilsəsində noyabrın 10-da saat 17:00-da erməni icması ilə əməkdaşlıqda xüsusi dua mərasimi təşkil edəcək.







