BaşlıcaSiyasət

Nazir: “Ermənistandan İrana elektrik enerjisi tədarükü artıq orta illik göstəriciləri ötüb”

2024-cü ilin əvvəlindən etibarən Ermənistandan İrana elektrik enerjisi tədarükü son bir neçə ilin orta illik göstəricilərini artıq üstələyib.

Bu barədə, noyabrın 4-də 2025-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentdə daimi parlament komissiyalarının birgə iclasında Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur naziri Qnel Sanosyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistan adətən İrana 360-370 milyon kVt/saat elektrik enerjisi ixrac edir, lakin 2024-cü ilin on ayında bu həcm artıq 370 milyonu keçib.

Nazir əlavə edib ki, 2022-ci ilin oktyabrında tərəflər müvafiq müqaviləni 2030-cu ilə qədər uzadıblar.

Daha çox göstər
Back to top button