BaşlıcaSiyasət

Müxalifət partiyaları Azərbaycanda saxlanılan erməni əsirlərlə bağlı ER Parlamentində təcili müzakirəyə başlayıb

Müxalif “Hayastan” və “Şərəfim var” fraksiyaları Ermənistanın Parlametində Azərbaycanda saxlanılan erməni əsirlərlə bağlı təcili müzakirəyə başlayıb. “Armenpress”in məlumatına görə, əsas məruzəçi “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan olacaq.

Mövzu ilə bağlı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan vurğulayıb ki, bu məsələ aktualdır və təkcə parlamentdə deyil, beynəlxalq səviyyədə də qaldırılmalıdır.

“Bəyanat layihəsi üzrə səsvermə planlaşdırılır. Tezliklə bəyanat layihəsi qərara veriləcək ki, bütün deputatlarda olsun. Məsələnin aktuallığından istifadə edərək, hesab edirik ki, siyasi çoxluq və hökumət Azərbaycanın həyata keçirdiyi bu anti-insani əməllə bağlı öz münasibətini açıq şəkildə bildirməlidir”, – deyə Artsvik Minasyan bildirib.

O əlavə edib ki, bu, bütün erməni əsirlərin azad edilməsi səylərini dəstəkləmək üçün Bakıda başlanmış COP-29 çərçivəsində erməni xalqının ali nümayəndəlik orqanının beynəlxalq ictimaiyyətə tələb və mesaj göndərməsi üçün çox yaxşı fürsətdir.

Minasyan vurğulayıb ki, Azərbaycan tərəfi təkcə beynəlxalq hüquqları pozur, həm də insanlığa qarşı anti-insani hərəkət edir və Ermənistan hakimiyyəti bununla bağlı aydın mövqe bildirməlidir.

Azərbaycan hakimiyyəti 23 erməni əsirinin olduğunu rəsmən təsdiqləyib. Onların arasında Dağlıq Qarabağın keçmiş hərbi-siyasi rəhbərliyinin nümayəndələri də var.

Daha çox göstər
Back to top button