
Beynəlxalq Ədalət Məhkəməsi 2020-2023-cü illər müharibəsi zamanı və ondan sonra qətllər, işgəncələr, qeyri-insani rəftar, məcburi itkin düşmələr və əsassız həbslərlə bağlı Ermənistanın iddialarını araşdırmaq səlahiyyətinə malik olduğuna qərar verib.
Bu barədə Beynəlxalq Hüquq Məsələləri üzrə nümayəndəsi Yeğişe Kirakosyan Beynəlxalq Məhkəmənin 12 noyabr 2024-cü il tarixli qərarına istinadən X-da yazıb.
“Beynəlxalq Ədalət Məhkəməsinin 1996-cı ilə qədər Birinci Dağlıq Qarabağ müharibəsi ilə bağlı Azərbaycanın iddialarını müzakirə etmək səlahiyyəti yoxdur. Azərbaycanın Ermənistana qarşı tələblərinin əhatə dairəsi xeyli azaldılıb”, – Kirakosyan yazıb.







