BaşlıcaBeynəlxalq

Uruqvayda Azərbaycanı bütün erməni hərbi əsirləri və girovları azad etməyə çağırıblar.

Uruqvay Nümayəndələr Palatasının sədri Ana Olivera, Uruqvayın keçmiş Prezidentləri Xulio Mariya Sanqinett və Luis Alberto Lakaje Errera, həmçinin 45 millət vəkili və 4 senator Azərbaycanı bütün erməni hərbi əsirlərini və girovlarını azad etməyə çağırıblar.

Alınan məlumata görə, bu barədə Uruqvaydakı Ermənistan səfirliyi məlumat yayıb.

“Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesində irəliləyişi alqışlayırıq və iki ölkənin beynəlxalq səviyyədə tanınmış sərhədlərə uyğun olaraq ərazi bütövlüyünə hörmət edilməsinin, həmçinin humanitar məsələlərin həll edilməsinin vacibliyini vurğulayırıq.

Bu kontekstdə Azərbaycanı – COP29-un ev sahibi olan ölkəni bütün erməni hərbi əsirlərini və girovlarını dərhal və qeyd-şərtsiz azad etməyə çağırırıq.

Bu addım barışıq üçün tarixi bir anda iki tərəf arasında inamın möhkəmlənməsinə xidmət edəcəkdir” – deyə yayılmış bəyanatda qeyd olunub.

Bəyanatda eyni zamanda zorakılıqdan istifadənin yolverilməz olduğu, müharibə ritorikasından və nifrət nitqindən uzaq durmağın, bölgədə sabit sülhün bərqərar edilməsinə mane olmamaq üçün vaciblik vurğulanıb.

Daha çox göstər
Back to top button