BaşlıcaSiyasət

Fransanın ətraf mühitin mühafizəsi naziri Bakıda keçiriləcək COP29-da iştirakdan imtina edib

France-Presse agentliyi xəbər verir ki, ölkənin avtoritar lideri iki ölkə arasında son diplomatik mübahisədə Fransanı Yeni Kaledoniyada müstəmləkəçilik “cinayətləri”ndə ittiham etdikdən sonra Fransanın ətraf mühit naziri Azərbaycanda keçirilən COP29 iqlim danışıqlarından çıxıb.

Bakıda BMT-nin COP29 iqlim danışıqlarına ev sahibliyi edən Azərbaycan prezidenti İlham Əliyev aqressiv döyüşkən, mübahisəli və siyasiləşmiş çıxış edib.

Əliyev çıxışında Fransaya qarşı yeni ittihamlar qaldırıb. Fransanın ətraf mühit naziri Agnes Panier-Runacher cavab verdi və Parisdəki deputatlara bildiridi ki, Əliyevin “acınacaqlı” çıxışına etiraz olaraq konfransda iştirakını ləğv etdi.

Fransalı nazir Əliyevin hücumunu “qəbuledilməz… və COP prezidentinin ləyaqətindən aşağı” adlandırıb.

O əlavə edib ki, bu, həm də BMT-nin iqlim danışıqlarında “davranış kodeksinin kobud şəkildə pozulmasıdır”.

Eyni zamanda, nazir Əliyevi qalıq yanacaqlarla bağlı eyni dərəcədə qəbuledilməz şərhlərə գörə də tənqid edib.

Pannier-Runacher bildirib ki, onun konfransda iştirakdan imitahana baxmayaraq Fransanın Bakıdakı danışıqlar qrupu öz səylərini davam etdirəcək.

Daha çox göstər
Back to top button