BaşlıcaSiyasət

Almaniyanın xarici işlər naziri Bakıda azərbaycanlıların hüquqlarının pozulmasını tənqid edir

Almaniyanın xarici işlər naziri Analena Berbok Bakıda keçirilən COP29 konfransındakı çıxışında Azərbaycanı sərt şəkildə tənqid edib. O qeyd edib ki, insan haqlarının vəziyyəti, o cümlədən fəalların, jurnalistlərin və müxalifət nümayəndələrinin həbsi narahatlıq doğurur, DW xəbər verir.

O, insan hüquqlarının pozulmasına misal olaraq 2023-cü ilin yayından Azərbaycanda ev dustaqlığında olan London İqtisadiyyat Məktəbinin professoru, 53 yaşlı Qubad İbadoğlunun adını çəkib.

Almaniyanın xarici işlər naziri Yerevandan Bakıya getmişdi. O, noyabrın 19-da axşam saatlarında Ermənistana gəlib. ER XİN-in bəyanatına əsasən, Almaniya və Ermənistan Xİ nazirləri  “iki ölkə arasında tərəfdaşlığın daha da genişləndirilməsi imkanları, bu istiqamətdə demokratik dəyərlərə əsaslanan davamlı addımlar, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsində qarşılıqlı maraqları” müzakirə ediblər.

Daha çox göstər
Back to top button