BaşlıcaEkonomika

Sergey Kopirkin: “Rusiya Ermənistanla ticarət dövriyyəsini rekord səviyyəyə – 14-16 milyard dollara çatdırmağı gözləyir”

Rusiya-Ermənistan ticarət-iqtisadi əlaqələri haqqında danışmağa başlayanda bu əlaqələrin dinamik inkişafının katalizatorunun böyük ölçüdə Avrasiya İqtisadi İttifaqı (Aİİ) platformasındakı əməkdaşlıq olduğunu vurğulamaq lazımdır.

Bu barədə **“İzvestiya”**ya müsahibəsində Ermənistandakı Rusiya səfiri Sergey Kopirkin bildirib.

“Mütəssir edici qarşılıqlı ticarət göstəricilərimiz Aİİ orqanlarının ticarət və inzibati maneələrin aradan qaldırılması, üzv ölkələrin ümumi texniki, sanitariya, baytarlıq və bitki sağlamlığı standartlarına keçidini təmin etmək, Avrasiya İqtisadi məkanı ölkələrinin səlahiyyətli dövlət qurumları arasında aydın koordinasiyanı formalaşdırmaq istiqamətində göstərdiyi səmərəli səylərsiz mümkün olmazdı.

 Eyni faktorlar Rusiyanın Ermənistan iqtisadiyyatında aparıcı investor kimi çıxış etməsinə səbəb olub. Rusiyanın Ermənistandakı ümumi yığılmış investisiyalarının həcmi təxminən 4 milyard dollardır” – deyə Kopirkin bildirib.

O, əlavə edib ki, ölkələr arasında ticarət dövriyyəsini rekord səviyyəyə – 14-16 milyard dollara çatdırmağı gözləyirlər.

“Konkret rəqəmlərdən danışsaq, artıq 2024-cü ilin birinci yarısında Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi 8,3 milyard dolları keçərək, keçənilki 7,4 milyard dollarlıq göstəricini üstələyib.

Tempin qorunub saxlanacağına və ticarət dövriyyəsinin rekord səviyyəyə – 14-16 milyard dollara çatacağına ümid edirik.

Biz, həmçinin, Ermənistanda birgə iqtisadi layihələrin həyata keçirilməsi istiqamətində işləyirik ki, bu layihələr Ermənistan sənayesinin inkişafına əhəmiyyətli töhfə verəcək, yeni iş yerləri yaradacaq və büdcənin vergi gəlirlərini artıracaq” – deyə RF səfiri qeyd edib.

Daha çox göstər
Back to top button