
ER Baş naziri Nikol Paşinyan 25 dekabrda Rusiyanın Sankt-Peterburq şəhərində keçiriləcək Avrasiya İqtisadiyyat İttifaqının (Aİİ) Ali Şurasının iclasına rəhbərlik edəcək.
Bu haqda TASS RF Prezidentinin köməkçisi Yuri Uşakovun bəyanatına istinadən məlumatlandırıb.
“25 dekabrda Sankt-Peterburqda Avrasiya İqtisadiyyat İttifaqının Ali Şurasının iclası keçiriləcək. Ermənistan tərəfinin xahişi ilə görüş Rusiyada təşkil olunur” – deyə Uşakov bildirib.
2024-cü ildə Aİİ-də sədrlik Ermənistana keçdiyi üçün həmin iclas Paşinyanın rəhbərliyi ilə baş tutacaq.







