BaşlıcaSiyasət

Rusiya KTMT-də Ermənistan üçün qapının açıq olduğunu bildirib

Rusiya Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) fəal iştirakını dayandıran müstəqil kursuna hörmət edir.

Bu haqda  TASS RF Prezidentinin  köməkçisi  Yuri Uşakovun sözlərini  qeyd edir:

“Biz erməni tərəfdaşlarımızın öz yollarını müstəqil şəkildə seçmək hüququnu şübhə altına almırıq” – deyə RF Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

 Bununla yanaşı o, əlavə edib ki, Ermənistan de-yure Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü olaraq qalır və beləliklə, bütün müvafiq hüquq və öhdəliklərini saxlayır.

Uşakov həmçinin vurğulayıb ki, KTMT-nin qapıları Ermənistan üçün həmişə açıqdır. “Ümid edirik ki, gec-tez Ermənistan nümayəndələri bu təşkilat çərçivəsində əməkdaşlığa davam edəcəklər” – deyə o yekunlaşdırıb.

Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin fevral ayında Ermənistanın KTMT-yə üzvlüyünü faktiki olaraq dondurduğunu elan etmişdi.

O, qeyd etmişdi ki, KTMT Ermənistan qarşısında öhdəliklərini yerinə yetirməyib və bu, nəticəsiz qala bilməzdi.

Noyabrın 28-də Astanada KTMT çərçivəsində tədbirlər və görüşlər keçiriləcək, lakin Ermənistan bu görüşlərdə iştirak etməyəcək.

Daha çox göstər
Back to top button