
ER Parlamentinin spikeri Alen Simonyan AŞPA-nın Hüquq Məsələləri və İnsan Haqları Komitəsinin sessiyasının açılış mərasimində çıxış edib.
O qeyd edib ki, Ermənistanın Avropa yönümlü olması təbii seçmənin nəticəsidir. Bu dövlətimizin demokratik islahatlar gündəliyindən irəli gəlir.
“Ölkəmizdə islahatların həyata keçirilməsində demokratiyanın, insan haqlarının və qanunun aliliyinin gücləndirilməsi üçün Avropa Şurası Ermənistan üçün mühüm tərəfdaşdır. Bu gün hamımız dünyanın müxtəlif guşələrində ciddi problemlərlə üzləşirik, deməliyəm ki, Ermənistan həm təhlükəsizlik, həm də humanitar problemlərlə üzləşir.
Biz Avropa Şurası orqanlarının Ermənistanda olan Dağlıq Qarabağ qaçqınlarının ehtiyaclarına yönəlmiş cavablarını və hərəkətlərini yüksək qiymətləndiririk.
Mövcud çağırışlara baxmayaraq, Ermənistan regionda sabit və davamlı sülhün bərqərar olması üçün fəal səylər göstərir. Azərbaycanla münasibətlərin normallaşması kontekstində biz Ermənistan və Azərbaycan arasında ilk beynəlxalq hüquqi sənədi ratifikasiya etdik.
Sülh gündəliyinin mühüm tərkib hissəsi kimi Ermənistan, yurisdiksiya, suverenlik və qanunvericilik prinsiplərinə əsaslanan regional kommunikasiyaların effektiv şəkildə açılmasına və dayanıqlı iqtisadi inkişafın təmin edilməsinə yönəlmiş, sülhün qorunması üçün yol xəritəmiz olan “Sülhün kəsişməsi” layihəsinin təşəbbüskarı olmuşdur.
İnsan hüquqlarının müdafiəsi üçün regionumuzda sülhün bərqərar olmasına ardıcıl dəstək verən Avropa Şurasına üzv dövlətlərdən olan bütün tərəfdaşlarımıza təşəkkürümü bildirmək istəyirəm”.







