BaşlıcaSiyasət

Ermənistan Kosovonun pasportlarını rəsmən tanıyıb: Kosovo xarici işlər nazirinin müavini

Ermənistan Kosovo pasportlarını, o cümlədən adi, diplomatik və rəsmi pasportları rəsmən tanıyıb. Bu barədə Kosovonun xarici işlər və diaspor nazirinin müavini Əhməd Kreşnik sosial şəbəkələrdə məlumat verib.

“Bu, iki ölkənin vətəndaşları və institutları arasında əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi istiqamətində mühüm addımdır”, – Kreşnik vurğulayıb.

Daha çox göstər
Back to top button