Bakıda katolik kilsəsi tikiləcək, Artsaxın erməni kilsələri isə dağıdılmaqda davam edəcək

Müqəddəs Taxt-Tacın Dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager Roma Papası II İohann Pavelin şərəfinə tikiləcək kilsənin təməlqoyma mərasimində iştirak etmək üçün Bakıya səfər edib. Bu barədə “Geghard” Fondu məqalə dərc edib.
“Bakıda Vatikanın rəsmisi Azərbaycan prezidenti İlham Əliyev, Qafqaz Müsəlmanları İdarəsinin prezidenti Allahşükür Paşazadə ilə görüşüb.
Arxiyepiskopla görüşdə A.Paşazadə “Azərbaycan tolerantlığı”, hökumətin “Bakının mərkəzindəki erməni kilsəsini, eləcə də Qarabağ və Şuşidəki köhnə Ağvan apostol kilsələrini necə bərpa etməsi və qoruyub saxlaması” barədə məlumat verib. Paşazadə Qallageri “mədəni soyqırıma məruz qalmış ərazilərdə dini-mənəvi irsin bərpası işləri ilə tanış olmaq” üçün Artsaxa səfər etməyə çağırıb. Azərbaycan tərəfinin yaydığı məlumata görə, Qallager “Azərbaycan multikulturalizmi və tolerantlığı”nı da vurğulayıb.
Mənəvi, maarifləndirici və peşəkar fəaliyyətinə görə, yəqin ki, Vatikanın yüksək rütbəli məmuru Artsaxın dini-mədəni irsinin tarixi və mənsubiyyəti ilə tanışdır və bəlkə də 2020-ci ildən sonra erməni mədəni irsinə doğru azərbaycanlıların hansı “münasibət”ə malik olmasından xəbərdardır.
Vatikan nümayəndələri son vaxtlar Azərbaycan rəsmiləri ilə tez-tez təmaslarda bu məsələni müzakirə edirmi? Qədim xristian xalqlarından olan ermənilərin qoyub getdiyi zəngin irsi dağıtmamağa, məhv etməməyə, qəsb etməməyə çağırırlarmı? Ən azından rəsmi hesabatlarda belə bir məlumat yoxdur.
“Geghard” Fondu bu məsələyə dəfələrlə toxunub. Azərbaycanın Vatikana maliyyə ianələri katolik kilsəsinin mərkəzinin Azərbaycan cinayətlərinə göz yummasına səbəb olmamalıdır. Vatikan Azərbaycanın erməni irsinin kimliyini dəyişmək üzrə ardıcıl siyasətinə töhfə verməməlidir.
Hesab edirik ki, Vatikan Azərbaycanın erməni dini-mədəni irsini məhv etmək və təhrif etmək siyasətini pisləməli, Azərbaycanın təbliğat kampaniyasının və Bakı hakimiyyətinin cinayətlərinin bir hissəsi olmamalıdır”, – məktubda deyilir.







