
Ermənistan və Kosovo bir-birinin verdiyi pasportlarla giriş vizası üçün müraciət etmək imkanını qarşılıqlı təmin etmək barədə razılığa gəliblər, ER-nin Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib. Onun sözlərincə, məqsəd insanların sərbəst hərəkətinin fundamental prinsipini təmin etməkdir.
O ki qaldı ikitərəfli qarşılıqlı fəaliyyətin xarakterinə, Ani Badalyan vurğulayıb: “Ermənistan Respublikası ilə Kosovo arasında mövcud dialoq müxtəlif platformalarda, ikitərəfli görüşlər, müzakirələr vasitəsilə davam etdirilir, turizm əlaqələrinin və insanlar arasında əlaqələrin canlandırılması istiqamətində addımlar atılır ki, bu da tanınma demək deyil”.
Ani Badalyan qeyd edib ki, bu baxımdan Yerevan qətiyyən istisna deyil. dünyanın bir çox ölkəsi, o cümlədən bir sıra Aİ-yə üzv dövlətlər Kosovo pasportlarını tanıyır və tanınmadan Kosovo ilə sektoral əməkdaşlıq edirlər.
Kosovonun müstəqilliyi 100-dən çox ölkə, o cümlədən ABŞ, Böyük Britaniya və Avropa İttifaqının bir çox ölkələri tərəfindən tanınıb. Lakin bir sıra ölkələr – Serbiya, Rusiya, Çin Kosovonun müstəqilliyini tanımır.







