
Azərbaycan prezidenti İlham Əliyev Milad bayramı münasibətilə Roma Papası Fransiskə təbrik məktubu ünvanlayıb, Faktor.am yazır. Əliyev orada bildirib ki, guya “Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu, əsrlər boyu milli-mədəni rəngarənglik və tolerantlıq mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı etimad və hörmət şəraitində birgə yaşadığı nadir diyarlardan biridir”.
“Müasir Azərbaycan cəmiyyətində xristian icmasının özünəməxsus yeri vardır. Yüz illər boyu Azərbaycanda məskunlaşıb vahid ailə kimi yaşayan xristian vətəndaşlarımız Vətənlərinin ictimai-siyasi və sosial-mədəni həyatının bütün sahələrində yaxından iştirak edərək doğma ölkəmizin rifahına böyük töhfələr verirlər. Ərazimizdə mövcud olan qədim xristian irsi, məbədlər, kilsələr və digər ibadət yerləri, məscidlər və sinaqoqlar kimi eyni səviyyədə Azərbaycan dövləti tərəfindən mühafizə olunur. Ölkəmiz eyni zamanda dünya mədəni irsinin incilərindən sayılan xristian abidələrinin qorunmasında fəal rol oynayaraq mədəniyyətlərarası dialoqu təşviq edir” – Əliyevin məktubunda deyilir.
Əlavə edək ki, Bakı Artsaxın erməni dini-mədəni abidələrinin dağıdılmasında və vandalizmində, həmçinin erməni apostol kilsələrinin tarixinin təhrif edilməsində iştirak edir. ER beynəlxalq məhkəmələrdə erməni irsinin məhv edilməsi faktlarını təqdim edir.







