
İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmaid Baqai İranın erməni kilsə və məbədlərinin adları ilə birlikdə şəkli əlavə edərək xristiyanların Milad bayramını təbrik edib.
“Biz Milad bayramı və Yeni ilin başlanması münasibəti ilə dünyadakı bütün xristianları, xüsusən də din qardaşlarımızı təbrik edirik.
Zəngin dinlər və mədəniyyətlər arasında birgəyaşayış və qarşılıqlı məhəbbət tarixi olan bir ölkə kimi İran İbrahimi dinlərin ortaq irsi ilə fəxr edir”,- XİN sözcüsü yazıb.







