BaşlıcaSiyasət

Iswnews:  “İran “düşmən hərəkətlərinə qarşı” Bakı səmasını nəzarətə götürüb”

İranın Gilan əyalətinin yüksək dağlıq bölgələrində 800 km məsafəyə malik yeni “Nazir” üfüqi radarı yerləşdirilib. Bu barədə Islamic World News xəbər verir.

“800 km məsafədə fəaliyyət göstərən bu radar 30 km-dən daha yüksək hündürlükdəki hədəfləri aşkarlaya bilir. O, pilotsuz uçan aparatları və qanadlı raketləri kimi müxtəlif hədəfləri müəyyən edə bilir.

Bu radarın fəaliyyəti ilə Azərbaycanın, Ermənistanın, Şərqi Türkiyənin böyük bir hissəsi, Gürcüstanın əksər hissəsi, Türkmənistanın qərbi, Qazaxıstanın Cənub-Qərbi və Xəzər dənizi İranın hava hücumundan müdafiə nəzarətində olacaq.

2024-cü il oktyabrın 26-da İsrailin İrana etdiyi hava hücumları zamanı Xəzər dənizinin hava məkanı istifadə edilmiş, ehtimal ki, Bakı hökumətinin dəstəyi ilə Şahrud obyektləri hədəfə alınmışdır.

 İndi isə Gilan əyalətində Nazir radar sistemi fəaliyyət göstərdiyi üçün Bakı və Xəzər dənizinin hava məkanı daim İranın müdafiə şəbəkəsi tərəfindən nəzarətdə saxlanılacaq və istənilən düşmən hərəkətinə cavab verməyə hazır olacaq”.

Daha çox göstər
Back to top button