BaşlıcaSiyasət

Frank Pallone ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasını alqışlayıb

ABŞ Konqresmeni Frank Pallone Amerika Birləşmiş Ştatları ilə Ermənistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında tarixi ilk sənədin imzalanmasını alqışlayıb.

Aldığımız məlumata görə, bu barədə ABŞ Konqresmeninin saytında məlumat yayılıb. Məlumatda bildirilir ki, bu razılaşma 2024-cü ilin iyun ayında ABŞ Dövlət katibinin müavini Ceyms O’Brayenin Ermənistana səfəri zamanı başlayan və bir neçə ay davam edən müzakirələrin nəticəsidir.

 Həmin səfər zamanı O’Brayen ABŞ və Ermənistan arasında strateji dialoq çərçivəsində keçiriləcək görüş barədə açıqlama vermişdi.

Görüşdə ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində əldə edilən mühüm irəliləyişlər və növbəti addımlar müzakirə edilmişdi.

Strateji tərəfdaşlıq haqqında razılaşma iqtisadi və enerji, təhlükəsizlik və hüquq-mühafizə sahələrində, eləcə də demokratik islahatlar və ədalət sahələrində ölkələr arasında daha sıx əməkdaşlıq qurulması prosesində növbəti addım hesab olunur.

“Bu razılaşma ABŞ və Ermənistan arasındakı münasibətlərin mühüm inkişafını vurğulayır. Mən bu işi Konqresin Erməni Məsələləri Komitəsinin həmsədri kimi həmişə həvəslə dəstəkləmişəm. Bu, həmçinin, 2018-ci ildə baş tutmuş məxməri inqilabdan sonra Ermənistan hökumətinin həyata keçirdiyi irəliləyişləri və vacib islahatları, həmçinin ölkənin Cənubi Qafqazda ABŞ-ın etibarlı tərəfdaşı kimi perspektivini göstərir.

Ən önəmlisi isə strateji tərəfdaşlıq ölkələrimiz arasında daha sıx ikitərəfli əlaqələr, Ermənistanın gələcəyi üçün ABŞ-dan daha çox investisiya və ümumilikdə xalqlarımız arasında daha yaxın münasibət deməkdir.

Mən məmnunam ki, Bayden administrasiyası bu tərəfdaşlığı rəsmi olaraq elan etdi və Dövlət Departamenti və Ermənistan hökuməti ilə bu müsbət dinamikanı davam etdirmək üçün yaxın əməkdaşlığı səbirsizliklə gözləyirəm” – deyə Pallone bildirib.

Daha çox göstər
Back to top button