BaşlıcaSiyasət

Rusiya Baş nazirinin müavini hesab edir ki, Ermənistan Aİİ-yə üzvlüyün əsas faydalanıcısıdır

Ermənistan Respublikasının iqtisadiyyatındakı artım göstərir ki, Yerevan Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyün əsas faydalanıcısıdır.

Alınan məlumata görə, bu barədə TASS Rusiya Baş nazirinin müavini Aleksey Overçukun bəyanatını sitat gətirib.

“Son illərdə Ermənistanın ticarətində və iqtisadiyyatında müşahidə olunan artım Ermənistanın Aİİ-yə üzvlüyün əsas faydalanıcısı olduğunu göstərir” – deyə Rusiya Baş nazirinin müavini vurğulayıb.

Ermənistanın Aİİ-dəki yerini başqa bir ölkənin tuta biləcəyi ilə bağlı suala Overçuk bu sualı qeyri-düzgün adlandırıb. “Belə bir sualı vermək mümkün deyil, çünki Aİİ-yə üzvlük məsələsi həmişə ölkənin müstəqil qərarıdır.

Hər bir ölkə öz maraqlarına uyğun olaraq üzvlüyə qərar verir və ya vermir. Burada açıq-aydın faydalar var” – deyə Overçuk bildirib.

O, həmçinin əlavə edib ki, bu faydalara enerji və qida təhlükəsizliyinin təmin edilməsi, eləcə də iqtisadi inkişaf üçün sabit şəraitin yaradılması daxildir.

 “Ən mühüm fayda isə böyük bir bazara maneəsiz çıxışdır. Bu bazarda belə bir ölkənin məhsullarına tələb var. Bu, iqtisadi inkişaf, insanların və biznesin gəlirlərinin artırılması üçün böyük potensialdır” – deyə Rusiya Baş nazirinin müavini qeyd edib.

Daha çox göstər
Back to top button