
Ermənistan 2024-cü ildə Aİİ-nin ümumi gömrük büdcəsindən 76 milyard dram alıb, 129 milyard dram verib.
Jurnalistin sualına cavab olaraq, Dövlət Gəlirləri Komitəsinin sədri Eduard Hakopyan bu barədə mətbuat konfransında bildirib:
“Alınan məbləğ 2023-cü illə müqayisədə ciddi dəyişməyib, 1,2 faiz artıb” – deyə qurumun sədri bildirib.
(1 dollar 395 dram təşkil edir)







