
Davosda Ermənistan-NATO əməkdaşlığının inkişaf etdirilməsi imkanları müzakirə olunub
Ermənistan və Azərbaycan arasında sülh sazişi prosesini tamamlamaq üçün zəruri siyasi iradə olduğu halda çox qısa vaxt tələb olunacaq.
Alınan məlumata görə, bu barədə Ermənistan Xarici işlər naziri Ararat Mirzoyan Yerevanda keçirilən “Birlikdə sülh və demokratiya naminə” adlı panel müzakirəsi çərçivəsində bildirib.
Mirzoyan iştirakçılara məlumat verib ki, Ermənistan qonşuları – Türkiyə və Azərbaycanla münasibətlərini normallaşdırmağa çalışır və bu istiqamətdə aparılan işləri təqdim edib.
Azərbaycanla sülh sazişi ilə bağlı gedən danışıqlara toxunan XİN rəhbəri qeyd edib ki, Ermənistan sülh sazişinin razılaşdırılmış mətnini əldə etmək üçün Azərbaycanla uzun və gərgin iş aparıb:
“Hazırda müzakirə olunan 17 maddədən 15-i razılaşdırılıb. Bir tərəfdən işin böyük hissəsinin artıq görüldüyünü deyə bilərik, cəmi 2 maddə qalıb razılaşdırmaq.
Amma digər tərəfdən, bu maddələrin razılaşdırılması hələ də xeyli vaxt ala bilər. Həlli yolu birdir – hər iki tərəfdən zəruri siyasi iradənin göstərilməsi.
Əgər siyasi iradə olarsa, əminliklə deyə bilərəm ki, mətnin tamamlanması üçün çox az vaxt lazım olacaq” – deyə Mirzoyan bildirib.
O, Ermənistanın bu siyasi iradəyə sahib olduğunu vurğulayıb. Baş nazir Nikol Paşinyanın Ermənistanın mətnin tamamlamağa və sazişi imzalamağa hazır olduğunu dəfələrlə bəyan etdiyini xatırladıb.
“Təəssüf ki, eyni konstruktiv yanaşmanı və hazırkı vəziyyəti qonşularımızdan görə bilmirik. Ancaq bu, alternativi olmayan bir prosesdir.
Danışıqlar zamanı üzləşdiyimiz çətinliklər və bəzən qonşularımız tərəfindən paylaşılmadığını düşündüyümüz konstruktivlik belə bizi ruhdan sala bilməz” – deyə Mirzoyan bildirib.
O, vurğulayıb ki, demokratiya və azadlıq kimi, sülh də alternativsizdir. Nazir Nordik-Baltik ölkələrinin nümayəndə heyətlərinə məlumat verib ki, Ermənistan şəxsində onların demokratiyaya dərindən inanan, sülhə dərindən inanan bir tərəfdaşı var və Ermənistan Cənubi Qafqazda sülh və demokratiya dolu bir məkan yaratmaq üçün əlindən gələni edib və etməyə davam edəcək.







