Başlıcaİctimaiyyət

2024-cü il Azərbaycanda insan hüquqları və söz azadlığına basqılara görə ən ağır il olub: insan hüquqları təşkilatı 

“Müdafiə Xətti” insan hüquqları təşkilatı 2024-cü ilə dair hesabatını təqdim edib. Təşkilatın həmtəsisçisi, hüquq müdafiəçisi Zəfər Əhmədov 2024-cü ili insan hüquqları və söz azadlığına basqılara görə ən ağır il adlandırıb, “Meydan Tv” yazır.

Hesabatda 2023-cü ildən başlayaraq müstəqil mediaya qarşı tətbiq edilən total həbslər yer alıb. 

Həmçinin məhkəmələrin sifarişli hökmlər çıxardığı, məhbusların saxlanma şəraitinin pis olması da hesabatın əsas başlıqları olub.

Zəfər Əhmədov jurnalistlərin suallarını cavablayarkən yanvarın 18-i İmişlidə yol polisinin törətdiyi və 4 məktəblinin ölümü ilə nəticələnən qəza sonrası etiraz aksiyasında iştirak edən şəxslərdən bəzilərinin ağır işgəncələrə məruz qaldığını deyib.

Daha çox göstər
Back to top button