BaşlıcaSiyasət

Vaşinqton səfəri zamanı Paşinyan-Tramp görüşü planlaşdırılmayıb

Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ-yə gözlənilən səfəri çərçivəsində ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla görüş planlaşdırılmayıb.

Bunu mətbuat konfransında baş nazir Paşinyan bildirib.

Fevralın əvvəlində o, Vaşinqtonda keçiriləcək 5-ci İllik Beynəlxalq Dini Azadlıq Sammitində, həmçinin Milli Dua Səhər yeməyində iştirak edəcək.

“ABŞ prezidenti ilə görüş nəzərdə tutulmayıb. Hazırda proqramımızda belə bir maddə yoxdur, lakin bu, çox vacib bir səfərdir. Biz həmkarlarımızla məsləhətləşdik və belə qənaətə gəldik ki, mütləq gedib iştirak etməliyik”, – baş nazir bildirib.

O qeyd edib ki, digər tədbirlərdə də iştirak etmək üçün dəvətlər var. Hazırda onların iştirakının mümkünlüyü müzakirə olunur.

Daha çox göstər
Back to top button