
Ermənistan Respublikasının Dövlət Gəlirləri Komitəsinin rəsmi məlumatına görə, 2023-cü ildə təxminən 74,4 milyon dollar, 2024-cü ildə isə 118,5 milyon dollar dəyərində istixana məhsulları ixrac edilib.
Bu barədə iqtisadiyyat naziri Gevorg Papoyan hökumətin fevralın 6-da keçirilən iclasında bildirib.
Ermənistan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Gəlirləri Komitəsindən alınan rəsmi məlumata görə, əgər 2023-cü ildə Ermənistan Respublikasından təxminən 74,4 milyon dollar dəyərində istixana məhsulları ixrac edilibsə, 2024-cü ildə bu məbləğ 118,5 milyon dollar təşkil edib.
“O cümlədən, 2023-cü ildə 40 milyon ədəd və 1,8 min ton, 2024-cü ildə isə 55 milyon ədəd və 2,1 min ton gül ixrac edilib”, – nazir qeyd edib.
Nazirin sözlərinə görə, bu məlumatlar sübut edir ki, sektora qoyulan investisiyalar öz nəticəsini verir.







