
Ermənistanla Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı hazırda heç bir irəliləyiş yoxdur.
Bu barədə 1Lurer.am saytının sorğusuna cavab olaraq ER XİN-in sözçüsü Ani Badalyan bildirib.
“Hazırda Ermənistan və Türkiyə arasında sərhəd-keçid məntəqəsinin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur, əgər varsa, sizə məlumat verəcəyik” – deyə Badalyan qeyd edib.
Bundan əvvəl Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsinin martın 1-dən açılacağı, keçid məntəqəsinin isə ER Milli Təhlükəsizlik Xidmətinin qüvvələri tərəfindən mühafizə olunacağı barədə məlumat yayılmışdı.







