Hakob Arşakyan: “Ermənistanda İT sektoru tədricən aparıcı mövqeyə yüksəlir”

ER parlamenti sədrinin müavini Hakob Arşakyan fevralın 19-da Aparıcı Texnologiyalar Şirkətləri İttifaqının (ATŞİ) 24-cü qurultayında çıxış edib. Bu barədə Ermənistan parlamentindən məlumat verilib.
Qurultay iştirakçılarını salamlayan parlamentin sədr müavini, dövlət və özəl sektorun tərəfdaşlığı çərçivəsində assosiasiyaların rolunu vurğulayıb və ATŞİ-nin inkişaf templərini müsbət qiymətləndirib.
İttifaq, Ermənistanı yüksək texnologiyalar sahəsində ən çox dəyər yaradan mərkəzə çevirmək məqsədi ilə 200-dən çox yerli və beynəlxalq şirkəti birləşdirir.
2025-ci ildə ATŞİ-nin fəaliyyətinin 25 ili tamam olur. Bu vizyon çərçivəsində, Ermənistanın texnoloji imkanlarını genişləndirmək məqsədilə təşkilat fəaliyyətini davam etdirir.
Hakob Arşakyan bildirib ki, son beş il ərzində yüksək texnologiyalar və sənaye sahəsində ümumi dövriyyə 4,5 dəfədən çox, işçilərin sayı isə 2,5 dəfə artıb, ÜDM-də bu sahənin payı isə 2,6%-dən 7,6%-ə yüksəlib.
O, təhsil və elmi araşdırmalara yatırılan investisiyaların əhəmiyyətini vurğulayıb və qeyd edib ki, son beş ildə elmi araşdırmalara ayrılan maliyyə 3,5 dəfə, Yüksək Texnologiyalar və Sənaye nazirliyinin ümumi büdcəsi isə 5,5 dəfədən çox artıb.
Mövcud problemlərdən danışan parlament sədrinin müavini, elm, təhsil və sənaye əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistanın baş nazirinə tabe olan Elm və Texnologiyaların İnkişafı Şurası çərçivəsində beş prioritet sahə üzrə – süni intellekt, mikroelektronika, robototexnika və aerokosmik texnologiyalar, kvant texnologiyaları və biotexnologiya istiqamətində işlər aparılır.
Bu sahələr üzrə dövlət inkişaf proqramlarının hazırlanması nəzərdə tutulur və həmin proqramlar elm, təhsil və sənayenin sürətli inkişafına yönəldiləcək.







