
Fransanın Azərbaycandakı səfiri Ann Bulyon BBC Azərbaycanca ofisinin bağlanmasından narazılığını bildirib.
“BBC-nin Azərbaycan dilində xidmətlər göstərməsi Azərbaycan xalqına və mədəniyyətinə hörmət və marağın göstəricisidir.
Bu, həqiqətən də kədərlidir. Fransa BBC-yə nə borclu olduğunu bilir”- deyə o, sosial mediada yazıb.
Xatırladaq ki, Azərbaycan Xarici işlər nazirliyindən “şifahi” göstəriş aldıqdan sonra şirkət ölkədəki ofisini bağlamaq qərarına gəlib.







