BaşlıcaSiyasət

AB-nin Ermənistandakı müşahidə missiyası Almaniya DİN-in Federal Polis İdarəsinin rəhbərini qəbul edib

Ermənistan Respublikasında fəaliyyət göstərən Avropa Brliyinin müşahidə missiyası Almaniya Daxili İşlər nazirliyinin Federal Polis İdarəsinin rəhbəri İzabel Şmit-Falkenberqi qəbul edib.

Alınan məlumata görə, bu barədə AB-nin Ermənistandakı müşahidə missiyasının X mikrobloqunda paylaşım edilib.

“Almaniya Daxili İşlər nazirliyinin Federal Polis İdarəsinin rəhbəri xanım İzabel Şmit-Falkenberqi qəbul etmək bizim üçün şərəfdir.

Ona Ermənistanda AB-nin müşahidə missiyasının tapşırıqları və mövcud vəziyyət barədə məlumat verilib. O, Cermuk ofisinə baş çəkib, Paruyr Sevak icmasında patrula qoşulub” – deyə paylaşımda qeyd edilib.

Ermənistandakı AB müşahidə missiyası, həmçinin, öz paylaşımında missiyada ən böyük iştirak payına məhz 23 üzvdən ibarət Almaniyanın sahib olduğunu xatırladıb.

Daha çox göstər
Back to top button