BaşlıcaSiyasət

Arman Eqoyan Bakının bəyanatını Ermənistanda konstitusiya islahatlarına mane olmaq cəhdi kimi qiymətləndirir

Ermənistan parlamentinin  Avropa İnteqrasiyası məsələləri üzrə daimi komissiyasının sədri Arman Yeqoyan hesab edir ki, Bakıdan səslənən bəyanatın məqsədi Ermənistanın konstitusiya islahatlarını maneə törətməkdir.

Verilən məlumata görə, Yeqoyan bu barədə Ermənistan-AB parlamentlərarası əməkdaşlıq komitəsinin 4-cü iclasından sonra keçirilən mətbuat konfransında bəyanat verib.

O, Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məmmədovun “Bakı gözləyir ki, Ermənistan Konstitusiya dəyişiklikləri ilə Azərbaycana qarşı ərazi iddialarından imtina etsin” bəyanatına   cavab verib.

“Bu bəyanatı mən Ermənistan Respublikasının Konstitusiya islahatlarını maneə törətmək cəhdi kimi qiymətləndirirəm.

Azərbaycan nümayəndələri yaxşı bilir ki, belə bir bəyanat Ermənistanda hansı reaksiyaya səbəb olacaq və istəyirlər ki, Ermənistanda konstitusiya islahatları həyata keçirilməsinə yol verməsin. Mən belə qiymətləndirirəm” – deyə Yeqoyan bildirib.

O, vurğulayıb ki, Ermənistan-Azərbaycan sülh müqaviləsinin 17 maddəsindən 15-i razılaşdırılıb, qalan iki razılaşdırılmayan maddədən heç biri Ermənistan Konstitusiyasına aid deyil.

Daha çox göstər
Back to top button