BaşlıcaMədəniyyət

Erikin mahnısı Azərbaycan mahnısı kimi təqdim edilib:  Erik Karapetyan müəllif hüquqları uğrunda hüquqi müstəvidə mübarizə aparacaq

Erik Karapetyan hüquqi müstəvidə mübarizə aparmaq niyyətindədir – onun “Nə artıq, nə əskik” adlı mahnısı Azərbaycan mahnısı kimi təqdim edilib.

Erik Karapetyan hüquqi müstəvidə mübarizə aparmaq niyyətindədir – onun “Nə artıq, nə əskik” adlı mahnısı Azərbaycan mahnısı kimi təqdim edilib.

Müğənni bu barədə öz rəsmi Facebook səhifəsində yazıb. O vurğulayıb ki, “Nə artıq, nə əskik” mahnısı uzun illər ərzində müxtəlif dillərə tərcümə olunaraq, fərqli ölkələrdə icazəsiz ifa edilib və dəyişdirilib, lakin o, indiyədək susub.

“Səbr kasam doldu”– deyə Erik Karapetyan bildirib.

“Bir neçə gün əvvəl Россия 1 dövlət kanalında yayımlanan “Воскресное шоу Андрея Малахова” verilişində mahnımın təhrif olunmuş versiyası artıq ikinci dəfə icazəsiz səsləndirildi.

Bu dəfə isə mahnı azərbaycanlı ifaçılar tərəfindən ifa olundu. Ən acınacaqlısı və utancvericisi isə odur ki, o, Azərbaycan mahnısı kimi təqdim edildi.

Mahnını 2018-ci ildə Yerevanda bəstələmişəm, musiqisi mənə aiddir, sözləri isə Qriqor Kyokçyana məxsusdur”.

Müğənni bildirib ki, məsələ artıq hüquqi müstəviyə daşınıb və o, müəllif hüquqlarını qorumaq üçün sonuna qədər mübarizə aparacaq.

“Müəllifin icazəsi olmadan əsəri istifadə etmək və ya dəyişdirmək müəllif hüquqlarının pozulmasıdır və əsərin təhrif edilməsidir.

Ürəyim ağrıyır ki, həmvətənlərimizin böyük bir qismi məhz bu versiyaları dinləyir” – deyərək o, vurğulayıb.

https://www.facebook.com/watch/?v=1146528859911952&t=1

Sonda Erik Karapetyan bu məsələyə diqqət yetirən və ona dəstək verən bütün həmvətənlərinə təşəkkür edib.

Daha çox göstər
Back to top button