
Ermənistan Respublikası müdafiə nazirinin birinci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-leytenant Edvard Asryan Yunanıstana rəsmi səfəri çərçivəsində Yunanıstan Silahlı Qüvvələrinin Quru Qoşunlarının Hərbi Akademiyasında olub və Akademiyanın rəisi, general-mayor Anastasios Poloniç ilə görüşüb.
General-leytenant Edvard Asryanın rəhbərlik etdiyi nümayəndə heyəti akademiyada olub, tədris prosesinin təşkili, tədris proqramlarının xüsusiyyətləri, tədris və maddi bazası ilə tanış olub, həmçinin Yunanıstan Silahlı Qüvvələrinin Quru Qoşunları Akademiyasında təhsil alan erməni kursantlarla görüşüb.







