BaşlıcaSiyasət

Mirzoyan: “Biz Türkiyə ilə dinamik dialoq aparırıq: məqsəd iki ölkə arasında diplomatik əlaqələr qurmaqdır”

Hazırda Ermənistan Türkiyə ilə kifayət qədər dinamik dialoq aparır, məqsədi iki ölkə arasında diplomatik əlaqələr qurmaqdır. Aldığımız məlumata görə, bu barədə Hindistanın WION mətbuatına müsahibəsində Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bildirib.

 “Ermənistanın dörd qonşusu var. Bizim Şərq qonşumuz  Azərbaycandır və onunla biz  regionda düşmənçilik səhifəsini aşaraq sülh və dövlətlərarası münasibətlər qurmağa çalışırıq.

 Qərb qonşumuzsa Ermənistanın 30 ildən artıqdır ki, sərhədləri bağlı olan Türkiyədir. Hazırda Türkiyə ilə kifayət qədər dinamik dialoq aparırıq.

Məqsəd  iki ölkə arasında diplomatik əlaqələr qurmaq, dövlətlər arasında diplomatik münasibətləri idarə etməkdir, sərhədləri açmaqdır.

Amma nəzərəçarpacaq addımlar var, lakin bir sıra razılaşmalar hələ də həyata keçirilməyib” – deyə Mirzoyan əlavə edib:

“Biz artıq razılaşmışıq ki, sərhəd ilk olaraq üçüncü dövlətlərin, eləcə də Ermənistan və Türkiyənin diplomatik pasportlarına malik olanlar üçün açılsın

 Amma biz dialoqu bir daha davam etdirəcəyik, əgər münasibətlər tam şəkildə normallaşarsa, iki və bir sıra ölkələr üçün, onun hüdudlarından kənarda olanifaçılar üçün də mənfəətli olacaq”- deyə ER XİN rəhbəri izah edib.

Ermənistanın digər iki qonşusu, Şimalda Gürcüstan və Cənubda İranla münasibətlərə gəlincə, Mirzoyan vurğulayıb ki, Ermənistan uzun illərdir adıçəkilən ölkələrlə çox yaxşı münasibətlərə malikdir və bu əlaqələrin dərinləşməsinə diqqət yetirir.

“Biz başa düşürük ki, siz İranla münasibətlərə xüsusi maraq göstərirsiniz, çünki coğrafi nöqteyi-nəzərdən Hindistan və Ermənistanı nəzərə alsaq, əlaqələrimizi daha da dərinləşdirməyə çalışırıq.

“Əlbəttə, biz aramızda olan ölkələrə də diqqət yetirməliyik. İran isə şübhəsiz ki, sizin qeyd etdiyiniz üçtərəfli format da daxil olmaqla əməkdaşlığın dərinləşdirilməsində böyük marağımız olan ölkədir” deyə – Mirzoyan qeyd edib.

Daha çox göstər
Back to top button