BaşlıcaBeynəlxalq

NYT: “ABŞ Ukrayna müharibəsində Rusiya rəhbərliyinin cinayətlərini araşdıran beynəlxalq qrupdan çıxacaq”

ABŞ Ədliyyə nazirliyi Avropa rəsmilərinə səssiz şəkildə məlumat verib ki, Birləşmiş Ştatlar Ukraynaya müdaxiləyə görə məsuliyyət daşıyan, o cümlədən Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərini araşdırmaq üçün yaradılmış çoxtərəfli qrupdan çıxır.

Bu barədə The New York Times-a vəziyyətlə tanış mənbələr məlumat verib.

Nəşr vurğulayır ki, ABŞ-ın Ukraynaya qarşı təcavüz cinayətlərinin araşdırılması üzrə beynəlxalq mərkəzdən çıxmaq qərarı,

Bayden administrasiyasının 2023-cü ildə qoşulduğu qrupdan ayrılmaqla, Tramp administrasiyasının Ukrayna xalqına qarşı cinayətlərə görə Putini şəxsən məsuliyyətə cəlb etmək öhdəliyindən uzaqlaşdığını göstərən son əlamətdir.

Bu qrup, beynəlxalq hüquq və müqavilələrə əsasən, digər ölkənin suverenliyini pozaraq və özünümüdafiə sayılmayan təcavüz aktları törədən Rusiya rəhbərliyini, eləcə də onun müttəfiqləri olan Belarus, Şimali Koreya və İranı məsuliyyətə cəlb etmək üçün yaradılmışdı.

Məlumata görə, ABŞ-ın bu qərarı Avropa Birliyinin cinayət ədalət mühakiməsi üzrə əməkdaşlıq agentliyi (Eurojust)-a elektron məktub vasitəsilə bildiriləcək.

ABŞ, Avropadan kənarda bu qrupda iştirak edən yeganə ölkə idi və Ədliyyə nazirliyinin baş prokurorunu Haaqaya göndərərək Ukrayna, Baltikyanı ölkələr və Rumıniya müstəntiqləri ilə işləməyə cəlb etmişdi.

ABŞ Ədliyyə nazirliyinin sözçüsü The New York Times-ın şərh tələbinə dərhal cavab verməyib.

Mətn factor.am-ə aiddir.

Daha çox göstər
Back to top button