
ER MN: Azərbaycan MN yenidən dezinformasiya yayıb
Bu barədə Ermənistan Müdafiə nazirliyi məlumatlandırır.
“Azərbaycan Müdafiə nazirliyinin 19 mart saat 14:15 radələrində Ermənistan Silahlı qüvvələri bölmələrinin sərhədin Şərq istiqamətində yerləşən Azərbaycan mövqelərinə atəş açması barədə yaydığı məlumat həqiqətə uyğun deyil.
Xatırladaq ki, Ermənistan Respublikasının Baş nazirinin aparatı atəşkəs rejiminin pozulması halları və ya bu barədə məlumatların araşdırılması üçün Ermənistan-Azərbaycan birgə mexanizminin yaradılmasını təklif edib, lakin indiyə qədər Azərbaycan tərəfi buna cavab verməyib.
Ermənistan Müdafiə nazirliyi bir daha təsdiqləyir ki, Ermənistan Respublikasının Baş naziri aparatının mövqeyinə uyğun olaraq, Azərbaycan Müdafiə nazirliyinin məlumatını əsaslandıran faktları təqdim edildiyi təqdirdə araşdırmağa hazırdır.
Hazırda Azərbaycan Respublikası Ermənistan Respublikasına Ermənistan Silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulmasını təsdiq edən hər hansı fakt və ya əsaslı sübut təqdim etməyib” – deyə məlumatda bildirilir.







