BaşlıcaSiyasət

Papa Fransisk Azərbaycanla Ermənistanın sülh sazişi ilə bağlı razılığa gəlməsini alqışlayıb

Martın 23-də Papa Fransisk müalicə aldığı xəstəxananın eyvanından insanlara müraciət edib. Bu haqda məlumat Vatikanın rəsmi saytında dərc olunub.

Roma Papası çıxışı zamanı dünyanın bir sıra bölgələrində baş verən mühüm hadisələrə toxunub.

Papa Fransisk Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş səylərə görə minnətdarlığını bildirib və Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin mətni üzrə razılaşmanı alqışlayıb.

“Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzərində razılığa gəliblər. Ümid edirəm ki, o, tezliklə imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək”, o bildirib.

Daha çox göstər
Back to top button