Başlıcaİctimaiyyət

Suriyaya gedən erməni yük maşınlarını Türkiyə yol polisi müşayiət edib

Ermənistan-Türkiyə sərhədindəki Marqara keçid məntəqəsindən humanitar yük daşıyan “Apaven” beynəlxalq yükdaşıma şirkətinin yük maşınlarını Türkiyə yol polisi əməkdaşları müşayiət edib.

Bu barədə NEWS.am-a “Apaven” Beynəlxalq Ekspeditorluq Şirkətinin baş direktoru, Ermənistan Sənayeçilər və İş Adamları İttifaqının prezidenti, Ermənistan-Türkiyə Biznesin İnkişafı Şurasının həmsədri Arsen Qazaryan məlumat verib.

“Türkiyə yolu açıb, sürücülərimizin təhlükəsizliyini təmin edib, humanitar yüklərə görə yol vergisi almayıb”, – deyən həmsöhbətimiz dörd erməni maşınının (ikisi dərman, ikisi ərzaqla dolu) təyinat yerinə uğurla çatdığını və martın 31-nə kimi eyni marşrutla geri qayıdacaqlarını təsdiqləyib.

Ermənistan-Türkiyə Biznesin İnkişafı Şurasının fəaliyyətinə toxunan Qazaryan mütəmadi olaraq türk iş adamları ilə görüşdüklərini və onlarla daimi təmasda olduqlarını qeyd edib.

Türkiyədən Ermənistana həmişə üçüncü ölkənin ərazisindən həyata keçirilən, əsasən birtərəfli ticarət dövriyyəsi, bir illik müharibə dövrü istisna olmaqla, heç vaxt ciddi şəkildə dəyişməyib.

Daha çox göstər
Back to top button