BaşlıcaSiyasət

Avropa Birliyi ilə Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması danışıqlarının növbəti mərhələsi apreldə başlayacaq

Ermənistan vətəndaşları üçün Avropa Birliyi (AB) ilə viza rejiminin liberallaşdırılması məsələsində danışıqlar davam edir.

Verilən məlumata görə, bu haqda  Ermənistan Xarici işlər nazirinin müavini Paruir Hovhannisyan parlamentin Avropa İnteqrasiyası məsələləri üzrə daimi Komitəsinin növbədənkənar iclasında açıqladı.

O, xatırlatdı ki, danışıqlar 2024-cü ilin dekabrında başlamışdı və bu müddətdə AB-nin uyğun nümayəndə heyəti ilə intensiv görüşlər keçirilmişdi.

“Növbəti mərhələ 2025-ci il aprelin 7-11-də nəzərdə tutulub, bu zaman ikinci nümayəndə heyəti gələcək. Biz bu prosesə kifayət qədər yaxşı hazırlaşmışıq;.

 Müxtəlif qurumlarda bizim tərəfdaşlarımız layiqli şəkildə hazırdırlar.

Hətta Avropa tərəfdaşlarımız belə bizim hazırlıq səviyyəmizdən xoş təəccübləniblər” — deyə nazir müavini vurğuladı.

Paruir Hovhannisyanın sözlərinə görə, proses aktiv mərhələdə olsa da, hazırda onun tamamlanma tarixini dəqiq müəyyən etmək mümkün deyil.

“AB tərəfdaşları daima  son tarixlər göstərməkdən çəkinirlər. Burada digər ölkələrin təcrübəsini nəzərə ala bilərik, bu cür proseslər orada 3 ilədən 6 ilə qədər davam edib.

Amma məncə, Ermənistan nümunəsində bu proses bir sıra digər ölkələrə nisbətən daha sürətlə gedəcək. Və biz bu məsələni gündəlik proqramımızda saxlayırıq” — deyə Hovhannisyan sözlərini tamamladı.

AB Şurası 2024-cü ilin iyulunda Ermənistan vətəndaşları üçün viza rejiminin liberallaşdırılması məsələsində Ermənistanla dialoq başlamaq qərarı qəbul etmişdi.

Ermənistan və Avropa Birliyi 2024-cü il sentyabrın 9-da Ermənistan vətəndaşları üçün AB-yə viza rejiminin liberallaşdırılması ilə bağlı danışıqların başlanmasını elan etmişdilər.

2025-ci ilin fevralında viza rejiminin liberallaşdırılması prosesi çərçivəsində AB-nin ekspert missiyası Ermənistana səfər etmişdi.

Daha çox göstər
Back to top button