BaşlıcaMədəniyyət

Araqçi: “Cənab Mirzoyan peşəkar diplomat və güclü danışıqlar aparan şəxsdir”

“Kitabımın erməni dilinə tərcümə olunaraq nəşr edilməsindən böyük məmnunluq duyuram” – deyə İranın Xarici işlər nazirliyinin nümayəndəsi Abbas Araqçi kitab təqdimatında bildirib.

“Hörmətli cənab Mirzoyana təşəkkür edirəm ki, kitabımı oxuyub və ona gözəl ön söz yazıb. Bu, mənim Ermənistan Respublikasına ilk səfərimdir.

Xarici işlər naziri kimi cənab Mirzoyanla müxtəlif ölkələrdə bir neçə dəfə görüşmüşəm. Kaş ki, kitabımda diplomatik xüsusiyyətlər haqqında olan hissədə cənab Mirzoyanı peşəkar və güclü diplomat kimi təqdim edəydim.

O, həqiqətən də peşəkar diplomat, güclü danışıqlar aparan şəxs və vətənpərvərdir. O, ölkəsinin təhlükəsizliyi və milli maraqları üçün gecə-gündüz çalışır.

Bu imkanı yaratdıqları üçün çox məmnunam. Həmçinin tədbirin təşkilatçılarına təşəkkür edirəm” – deyə o, vurğulayıb.

Daha çox göstər
Back to top button