BaşlıcaSiyasət

Böyük Britaniyanın Baş nazirinə Ermənistan əsirlərinin azad edilməsi ilə bağlı Erməni kilsəsinin başçısının məktubu

Böyük Britaniya Erməni Kilsəsinin başçısının, Böyük Britaniya Krallığının Baş naziri Kir Starmerə Ermənistan əsirlərinin azad edilməsi ilə bağlı göndərdiyi məktub Bakı üçün narahatlıq doğurub.

Azərbaycan mediasına görə, Azərbaycanın dini konfessiyalarının rəhbərləri Böyük Britaniyanın Baş nazirinə müraciət edərək, London Erməni Kilsəsinin başçısı Hovaqim Yepiskop Manukyan və bir sıra britaniyalı dini liderlər tərəfindən göndərilmiş məktubun məzmunu ilə bağlı narahatlıqlarını ifadə ediblər.

Azərbaycanın dini liderləri vurğulayıblar ki, guya “Manukyanın məktubu dezinformasiya yayır və Azərbaycanla Ermənistan arasında sülh prosesini təhlükə altına qoya bilər”.

 Onlar həmçinin qeyd ediblər ki, guya “Azərbaycanda dini azadlıq təmin edilir və müxtəlif dini icmalar ənənəvi olaraq harmoniyada yaşayır”.

Müraciətdə Böyük Britaniyaya balanslı mövqeyinə görə minnətdarlıq ifadə olunub və Londondan bölgədə sülh prosesinə və “ədalətin bərpasına yönəlmiş Azərbaycanın səylərinə” dəstəyini davam etdirməsi üçün inam ifadə edilib.

Sənədi Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə və Azərbaycanın yəhudi və xristian icmalarının nümayəndələri imzalayıblar.

Xatırladaq ki, bundan əvvəl Böyük Britaniya və İrlandiya Erməni Kilsəsinin başçısı, Zati-aliləri Hövaqim Yepiskop Manukyan Böyük Britaniyanın Baş naziri Kir Starmerə məktub göndərmişdi.

Məktuba daha səkkiz kilsə lideri də qoşularaq, Baş nazirə Azərbaycan üzərində təzyiq göstərərək, saxta ittihamlarla həbsdə saxlanılan erməni əsirlərini azad etməyə çağırmışdılar.

Daha çox göstər
Back to top button