
Ombudsman Anahit Manasyanın Cenevrəyə işgüzar səfəri davam edir. Bu barədə Ombudsmanın Facebook səhifəsindən öyrəndik.
“Martın 25-də mən Cenevrədə Human Rights Watch təşkilatının BMT-nin İşlər üzrə direktor müavini Lüsi Makkernan ilə görüşdüm. Biz insan hüquqlarının müdafiəsi ilə bağlı bir sıra məsələləri müzakirə etdik. Mən Azərbaycanda özbaşına həbs edilən etnik ermənilərə qarşı aparılan proseslərin insan hüquqları baxımından problemli olmasına və həmin şəxslərin dərhal azad edilməsinin vacibliyinə toxundum. Digər məsələlərlə yanaşı, biz insan hüquqlarının müdafiəsi və təşviqi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı məsələləri müzakirə etdik ”, – məumatda qeyd edilir.







