
Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin sədri, Avropa Parlamentinin deputatı Nils Uşakovs və Avropa Parlamentinin Ermənistan məsələləri üzrə daimi məruzəçisi Miriam Leksman Ermənistan parlamenti tərəfindən Avropa Birliyinə Ermənistanın üzvlük prosesinin başlanması haqqında qanunun qəbulu ilə bağlı birgə bəyanat yayıblar.
“Ermənistan Respublikasının parlamenti tərəfindən vətəndaş təşəbbüsü əsasında təqdim edilən qanunun martın 26-da ikinci oxunuşla tam şəkildə qəbulu – Ermənistanın AB-nə üzvlük prosesinin başlanmasının elan edilməsi, artıq çox möhkəm olan AB-Ermənistan əlaqələrində daha bir əhəmiyyətli addımdır.
Avropa Birliyinin müqaviləsinin 49-cu maddəsinə əsasən, hər hansı Avropa ölkəsi AB-nə üzv olmaq üçün müraciət edə bilər, şərt odur ki, o, Kopenhagen meyarlarına və demokratiya prinsiplərinə sadiq qalsın.
İnsanın və azlıqların əsas azadlıqları və hüquqlarını hörmət etsin və hüququn aliliyini müdafiə etsin.
Biz Ermənistan hökumətinin AB ilə mümkün yol xəritəsini müzakirə etmək və gələcəkdə referendum keçirərkən əhalilə məsləhətləşmək niyyətini qeyd edirik.
Xatırladırıq ki, AB-nə üzvlük mürəkkəb, uzunmüddətli və ləyaqət əsasında gedən prosesdir və biz Ermənistanın islahatlar və sabitliyin təmin edilməsi səylərində dəstək olmağa, xüsusən də AB ilə Ermənistan arasında mövcud Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinə və qarşıdakı Tərəfdaşlıq Gündəliyinə əsaslanaraq davam etməyə hazırıq .
Biz Komissiyanı, Ali nümayəndə Vitse-prezidenti və Şuranı AB ilə bütün səviyyələrdə əməkdaşlığın genişləndirilməsinə, Ermənistanın istəyinə və onun Avropa həvəslərinə aktiv dəstək verməyə çağırırıq” – deyə rək bəyanatda qeyd olunub.







