
Ermənistan tərəfi əmin olmaq istəyir ki, Qarabağ hərəkatını davam etdirməmək barədə siyasi qərarı olduğu kimi, Azərbaycanın da, məsələn, “Qərbi Azərbaycan” hərəkatına başlamaq üçün siyasi qərarı yoxdur.
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlament-hökumətin sual-cavab sessiyası zamanı deyib.
“ATƏT-in Minsk Qrupunun həmsədrliyinin ləğvi ilə bağlı qərarı niyə təxirə salırıq? Çünki biz əmin olmaq istəyirik ki, Qarabağ hərəkatını davam etdirməmək barədə siyasi qərarımız olduğu kimi, Azərbaycanın da, məsələn, “Qərbi Azərbaycan” hərəkatına başlamaq üçün siyasi qərarı yoxdur və bu hekayə sülhün bərqərar olmasından deyil, münaqişə məntiqinin Azərbaycan ərazisindən Ermənistan ərazisinə çıxarılmasından gedir”, – baş nazir bildirib.
Paşinyanın fikrincə, bu, çox sadə məntiqdir.







