
Ermənistan və İranın silahlı qüvvələrinin xüsusi bölmələri 10-11 aprel tarixlərində “Sülh təlimi” rəmziylə birgə hərbi təlimlər keçirəcək.
Bu barədə İrannın Ermənistandakı səfirliyi məlumat yayıb.
“Sözügedən təlimlər sərhədlərin təhlükəsizliyini gücləndirmək, hər iki ölkənin silahlı qüvvələrinin mümkün təhdidlərə qarşı hazırlığını artırmaq, sabit sülhü qorumaq və müdafiə sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə təşkil olunub.
Təlimlər eyni vaxtda sərhədin hər iki tərəfində vahid komandanlıq altında həyata keçiriləcək.
Bu iki günlük birgə hərbi təlimlər Ermənistan və İran arasında strateji münasibətlərin möhkəmləndirilməsi, regionda sülhün təmin olunması və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində tərəflərin öhdəliyini nümayiş etdirir” – deyərək səfirlikdən bildirilib.







