
Artsax Monument Watch layihə komandası həyəcan təbili çalır. Onlar qeyd ediblər ki, hazırda Vatikanın Qriqorian Universitetində “Azərbaycanda Xristianlıq. Tarix və müasirlik” konfransı keçirilir. Bu günə qədər heç bir ermənişünaslıq təşkilatının bu konfransdan xəbəri olmayıb.
Müxtəlif ölkələrdən (Türkiyə, Qazaxıstan, Özbəkistan, Cənubi Koreya, Rusiya, Polşa, İtaliya, Gürcüstan, Almaniya, Fransa, Kanada, ABŞ, Litva) onlarla mütəxəssis toplanmış. Onların məqsədi erməni tarixini, erməni mədəniyyətini istisna etməkdir. Onlar yüzlərlə erməni yazısı ilə örtülmüş abidələri – Amaras, Qanadzasar, Dadivankı alban kimi təqdim edirlər.
“Bu konfransda heç bir erməni tədqiqatçısının iştirak etmədiyini və ermənilər haqqında bir kəlmə belə səslənmədiyini görüb, sahə üzrə bəzi tanınmış tədqiqatçıların iştirak etməsi də bizim üçün anlaşılmazdır.
Erməni mədəniyyətini qoruyan təşkilat və icmalara, beynəlxalq elmi ictimaiyyətə bizim yaddaşımızı, tariximiz və mədəniyyətimizi bu şəkildə ört-basdır etdikləri üçün öz etirazımızı və narahatlığımızı bildiririk”.







