BaşlıcaSiyasət

 Xİ naziri: “Biz Bakıya komunikasiyalar məsələsində konkret təklif etmişik, amma  müsbət cavab yoxdur”

Ermənistan Azərbaycanla kommunikasiyaların açılması üçün çox konkret bir təklif verib, lakin hələ ki, heç bir müsbət cavab yoxdur.

Bu barədə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan Antaliya Diplomatik Forumu çərçivəsində Azərbaycan və Gürcüstanlı həmkarları ilə keçirilən müzakirə zamanı bildirib.

“Biz Azərbaycana kommunikasiyalar məsələsində bir təklif irəli sürmüşük, hansı ki, bu təklifə əsasən onlar bizim dəmiryolu infrastrukturuna çıxış əldə edəcəklər, biz də onlarınkına.

Biz başa düşürük ki, Azərbaycanın iki hissəsini birləşdirmək üçün Ermənistanın Cənubundakı 45 kilometrlik hissə açıq-aşkar ən qısa marşrutdur.

Biz təklif etmişik ki, elektron cihazlardan istifadə olunsun ki, yüklərin fiziki şəkildə yoxlanmasının qarşısı alınsın, elektron bəyanetmə həyata keçirilsin və bu yolla müvafiq qurumlar arasında lazım olan məlumat ötürülərək tranzit maksimum dərəcədə sürətli həyata keçirilsin.

Biz çox konkret bir təklif etmişik, lakin müsbət cavab yoxdur. Ola bilər ki, onların müəyyən narahatlıqları var, bilmirəm, amma bu bir seçim məsələsidir” – deyə Mirzoyan bildirib.

Daha çox göstər
Back to top button