
Antalyada Ermənistan xarici işlər naziri Ararat Mirzoyan NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina ilə görüşüb. Bu barədə nazir özünün X səhifəsində məlumat verib.
“Mən Azərbaycanla münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş mühüm mərhələni: sülh müqaviləsinin mətninin tamamlanmasını və onun imzalanması ilə bağlı Ermənistanın mövqeyini qeyd etdim”, – Mirzoyan yazıb.







