
Ermənistan sabah da Türkiyə ilə münasibətləri tam şəkildə normallaşdırmağa hazırdır. BuBu haqda parlamentin sədr müavini, ER-in Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan ilkin şərt olmadan bunu etməyə hazırdır.
Türkiyəli həmkarı Serdar Kılıçla Antalyada keçirdiyi son görüşün nəticələrini şərh edən Rubinyan qeyd edib ki, normallaşmanın bütün spektri müzakirə olunub, bütün razılaşmalar, bəziləri yerinə yetirilib, bəziləri isə yerinə yetirilməyib.
O, bu yaxınlarda İstanbulda Ani körpüsünün bərpası ilə bağlı texniki mütəxəssislərin iclasının keçirildiyinə aydınlıq gətirib.
Markara keçid məntəqəsi məsələsinə gəlincə, Rubinyan qeyd edib ki, Ermənistan tərəfi razılaşmanı yerinə yetirib, keçid məntəqəsi isə Ermənistan tərəfdən hazırdır. “Türkiyə tərəfini gözləyirik, bu məsələ ilə bağlı heç bir xəbər yoxdur” – deyə Rubinyan əlavə edib.
Xüsusi nümayəndə qeyd edib ki, üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması yerinə yetirilməyən razılaşmalardan biridir və bu, Ermənistanın günahı deyil.







