BaşlıcaSiyasət

Ermənistan və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub

Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Fransa Respublikasının Avropa və Xarici İşlər naziri Jan-Noel Barro ilə telefon danışığı aparıb.

ER XİN-in yaydığı məlumata görə, söhbət zamanı nazirlər Ermənistan-Fransa ikitərəfli tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə ediblər.

Nazir Mirzoyan regionda təhlükəsizlik vəziyyəti və Cənubi Qafqazda sülhün bərqərar olunmasına yönəlmiş davamlı səyləri təqdim edib, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh haqqında sazişin imzalanmasının və dövlətlərarası münasibətlərin qurulmasının vacibliyini vurğulayıb.

ER XİN rəhbəri Fransanın, o cümlədən nazir Barronun bu istiqamətdə göstərdiyi marağı yüksək qiymətləndirib.

Daha çox göstər
Back to top button